Vurğun həyatından dəqiqələr...

Bir dəfə məktəbdə şəkil çəkdirirlər.Səmədi də kiçik olduğu üçün qabaq cərgədə oturdurlar.Səmədin ayaqqabısı cırıq olduğu üçün müəllim deyir:

-Səməd,ayağını bir qədər geri çək.

Səməd o saat cavab verir:

-Müəllim,əgər cırıq ayaqqabı ilə şəkil çəkdirmək nöqsan isə təzəsini verin.

                                            * * *

1943-cü ildə Kislovodskda qospitalda müalicə olunan İslam Əzizov Səməd Vurğuna kiçik bir məktub göndərmişdir.O yazır:

 “Əziz Səməd Vurğun,əvvələn,Sizi ürəkdən salamlayır və əlinizi tuturam! Mehriban şair!Biləsiniz ki,hazırda mən qospitalda yatıram.Axı Vətən uğrunda vuruşma nəticəsində səs cəlb edən eşitmə orqanımdan və 


Ardı →

Azərbaycan | Səməd Vurğun

El bilir ki, sən mənimsən, 
Yurdum, yuvam, məskənimsən,
Anam doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana,
Hanki səmtə, hanki yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!

Ardı →